Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.

Balaca teatr həvəskarları martın 17-də saat 12:00-da "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, "Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər - Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar – Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Atəş Qarayev, Nərmin Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Roman Krasnov, Murad Əliyev, Əli Kərimov, Tofiq Həsənov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.

Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar